"Altılı masa" dağıldı
Beş siyasi partiya vahid ad ifadə edərək Kamal Kılıçdaroğlunun namizədliyinə "hə" dedi, Meral Akşener "altılıq"dan çıxdı
Meral Akşener partiyasının Ümumi İdarə Heyətinin toplantısından sonra açıqlamalar verərək, "Altılı masa"da Iyi Partiyasının sıxışdırıldığını bildirib.
Akşenerin açıqlamalarından diqqət çəkən məqamları təqdim edirik:
“Biz əyilməyəcəyik”.
"Çirkli sövdələşmələri rədd edərək bu günlərə gəldik. Adi məğlubiyyətlərə qarşı çıxmaqla gəldik. Bu nöqtədə İyi Partiya sıxışdırıldı, ölümlə malyariya arasında seçim etmək məcburiyyətində qaldı və əlbəttə ki, boyun əyməyəcəyik.
Pencəyimi assam, namizədliyini verəcəklər deyənlərin qarşısında dayanıb dik duracağıq”.
“Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular”
"Dünən nəhayət kimin birgə prezidentliyə namizəd olacağını müzakirə etdik. 5 siyasi partiya vahid ad ifadə edərək cənab Kılıçdaroğlunun namizədliyinə "hə" dedi. Biz Mansur Yavaş və Əkrəm İmamoğlunun adını verdik.
Təəssüflə demək istəyirəm ki, dünəndən etibarən altılı masa millətin iradəsini öz qərarlarına əks etdirmək qabiliyyətini itirib. Biz qumar masasında və ya notarius masasında olmayacağıq”.
CHP sədri Kamal Kılıçdaroğlu İYİ Partiya sədri Meral Akşenerin açıqlamaları ilə bağlı verdiyi ilk açıqlamada "Narahat olmayın, bütün parçalar yerinə düşəcək. Yolumuza davam edirik" deyib.