Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
Hüquq-mühafizə orqanlarının idarə etdiyi obyektlərin antiterror təhlükəsizliyini müzakirə ediləcək
Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn formatda təcili iclas keçirir.
Putin hüquq-mühafizə orqanlarının idarə etdiyi obyektlərin antiterror təhlükəsizliyini müzakirə etməyi təklif edib.
"Bu gün bizim bir, lakin çox vacib məsələmiz var - hüquq-mühafizə orqanlarının yurisdiksiyasında olan obyektlərin antiterror mühafizəsi tədbirləri haqqında", - Putin iclası açaraq deyib.