Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) Bələdiyyə Başçısı Mansur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu İYİ Partiya sədri Meral Akşenerin onlarla bağlı çağırışını paylaşıb.
ABB prezidenti Yavaş sosial media hesabında "İndiyə qədər verdiyimiz açıqlamalarda başqanımız cənab Kamal Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirmişik. Eyni xəttdəyik. Ümidimiz Millət İttifaqının bütün maraqlı tərəfləri ilə yoluna davam eməsidir” ifadəsini işlədib.
İBB sədri İmamoğlu sosial media hesabında qeyd edib ki, Millət İttifaqı xalqın çətin bir zamanda ağır məsuliyyət daşıyaraq dövləti təsirli və demokratik, cəmiyyəti isə dinc və zəngin etmək iradəsi ilə qurulan siyasi birlikdir. İmamoğlu, "İnanıram ki, millətimizə çarəsiz, ümidsiz və tək olmadıqlarını göstərəcəklər. CHP-nin əsl oğlu və İttifaq masasında iradəmizi təmsil edən cənab Kamal Kılıçdaroğlu millətimizin arzuladığı birlik içində və Millət İttifaqının çoxalaraq böyüyəcəyinə heç bir şübhəm yoxdur" bəyanatnı verib.
Xatırladaq ki, İYİ partiyasının sədri Meral Akşener "altılıq"dan çıxaraq, onun partiyasının sıxışdırıldığını əsas gətirib seçkiyə getməyəcək. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.