XƏBƏRLƏR / Qonşular

Vaxtilə Qarabağda SES sahibi olmuş separatçı intihar edib

Bu barədə Ermənistan KİV-i məlumat yayıb

Vaxtilə Qarabağda SES sahibi olmuş separatçı intihar edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarabağdakı separatçı rejimin keçmiş liderlərindən biri Arşavir Qaramyanın keçmiş kürəkəni Loris Yeqoyan intihar edib.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Qeyd olunur ki, həmin şəxs “Beretta” tapançasından atəş açaraq özünə qəsd edib.

    Nəşrin məlumatına görə, Yeqoyan və Qaramyanın qızı bir neçə ildir boşanıb. O, uzun illər Qarabağda su elektrik stansiyasının sahibi, eləcə də kollektor agentliyinin direktoru olub.