XƏBƏRLƏR / Qonşular

İran naxçıvanlı sürücülərdən "Tramp yolu"nun acığını çıxır

Molla rejimi Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib

İran naxçıvanlı sürücülərdən "Tramp yolu"nun acığını çıxır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib. Bununla bağlı “Gündəlik Naxçıvan” nəşri məlumat yayıb. 

    Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxırlırlar.

    “Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar”, - deyə, sürücülərdən biri bildirib. Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, “Xoşunuza gəlmirsə, gedin Tramp marşrutundan istifadə edin” deyirlər. 

    “Açıq deyirlər ki, sizin hökumət ermənilərlə birləşib, İranın başının üstündən iş görüb. Buna görə də xoşunuz gəlmirsə gedin, sazişdə göstərilən "Tramp Yolu“ndan istifadə edin, ya da Ermənistan özü sizə yol versin. Əlləri heç yerə çatmır, qorxudan bir şey edə bilmirlər, sülh sazişinin acığını bizdən çıxırlar”.

    Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “Tramp marşrutu”nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ-ın nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.