XƏBƏRLƏR / Qonşular

Rusiya "WhatsApp"ı da bağladı

WhatsApp Rusiyada zənglərin bloklanması ilə bağlı rəsmi açıqlama yayıb

Rusiya "WhatsApp"ı da bağladı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "WhatsApp" Rusiyada zənglərin bloklanması ilə bağlı rəsmi açıqlama yayıb.

    ""WhatsApp" özəldir, defolt olaraq uçdan-uca şifrələnir və hökumətlərin insanların təhlükəsiz ünsiyyət hüququnu pozmaq cəhdlərinə qarşı çıxır - buna görə də Rusiya hakimiyyəti ölkədəki 100 milyondan çox istifadəçimiz üçün WhatsApp-ı bloklamağa çalışır", - şirkətin açıqlamasında deyilir.

    “WhatsApp” vurğulayır ki, “başdan-başa şifrəli rabitənin bütün dünyada, o cümlədən Rusiyada da əlçatan olmasını təmin etmək üçün” mümkün olan hər şeyi edəcək.

    Rusiyada "WhatsApp"ın 12 yaşdan yuxarı auditoriya arasında aylıq əhatəsi, 2025-ci ilin iyul ayına olan məlumata görə, 96,2 milyon nəfər olub.

    Rusiyada "WhatsApp" və "Telegram" istifadəçiləri 10-11 avqust 2025-ci il tarixlərində messencerlərdə zənglərin kəsilməsindən şikayət etməyə başlayıblar.Forbes-in məlumatına görə, ən böyük telekommunikasiya operatorları "MTS", "Megafon", "Beeline" və "Tele2" xarici messencerlərdə zəngləri bloklamağı xahiş ediblər.

    Avqustun 13-də "Roskomnadzor" rəsmi olaraq "Telegram" və "WhatsApp"da zənglərin “qismən məhdudlaşdırıldığını” elan edib və bunu “cinayətkarlara qarşı mübarizə” ehtiyacı ilə izah edib.