Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfə artıb
İlham Əliyev bunu Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə deyib
İlham Əliyev: Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində artım daha 50 faiz təşkil edib. Artıq birgə investisiya fondları yaradılıb və növbəti 3 ildə 1 milyard dollardan çox qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb.
Biz artıq sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı, yəni pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçiririk. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin mərhələsindədir.
Azərbaycanda bu yaxınlarda yaradılmış Ələt Azad İqtisadi Zonasına Mərkəzi Asiyadan olan şirkətlərin marağını görürük.
Ölkələrimiz arasında yeni əməkdaşlıq sahəsi fiber-optik infrastrukturun yaradılması üzrə Rəqəmsal İpək Yolu layihəsidir.