XƏBƏRLƏR / Qonşular

Baş nazir Əli Əsədov Gürcüstana gedib

Əsədov oktyabrın 26-da Tbilisidə keçiriləcək Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.

Baş nazir Əli Əsədov Gürcüstana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfərə gəlib.

    Baş naziri Tbilisinin Şota Rustaveli beynəlxalq hava limanında Gürcüstanın infrastruktur naziri İrakli Karseladze və digər rəsmi şəxslər qarşılayıblar.

    Xatırladaq ki, Ə.Əsədov oktyabrın 26-da Tbilisidə keçiriləcək Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.