XƏBƏRLƏR / Qonşular

Oktay: 3-cü ölkələr müdaxilə etməsə, sülh təmin edilə bilər

TBMM komitə sədri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün əsas şərti açıqlayıb

Oktay: 3-cü ölkələr müdaxilə etməsə, sülh təmin edilə bilər
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Ermənistanla bir müharibə yaşandı və bitdi, sülh üçün fürsət var.

    Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

    Fuat Oktay bildirib ki, Azərbaycanla Ermənistan birlikdə çalışanda sülhün yolunu tapa bilir: “Üçüncü ölkələr müdaxilə etmədikcə bu sülh təmin edilə bilər. Qısa zamanda sülhün əldə edilməsinə ümid edirik.

    "Azərbaycan Ermənistanı Konstitusiyasını dəyişməyə məcbur edir” demək doğru deyil. Azərbaycan daimi sülhə nail olmaq üçün bunu edir. Azərbaycan torpaqlarına haqq iddia edən Ermənistan Konstitusiyası olduğu müddətcə daimi sülhə nail olmaq mümkün deyil. Ermənistanın Konstitusiyasındakı bu maddə aradan qaldırılmalıdır ki, əbədi sülh təmin olunsun və gələcək nəsillərə bu problem qalmasın.

    Biz buna sonuna qədər dəstək veririk və Ermənistana da hər fürsətdə bunu deyirik. Biz Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq, amma bunu Azərbaycanla bir edirik.”.

    Fuat Oktay bildirib ki, Qarabağ savaşından sonrakı razılaşmaya əsasən, Zəngəzur dəhlizinin açılması məsələsi var: "Bu dəhliz başda Ermənistan və Azərbaycan olmaqla, bölgə ölkələri, o cümlədən İran, Türkiyə və Rusiya üçün barış, rifah və inkişaf yoludur. Eyni zamanda bölgədə daimi sülhün təmini üçün də bu dəhliz mühümdür. Ümid edirik ki, Ermənistan üçüncü tərəflərdən özünə gələn yanlış bilgiləndirmələrə qulaq asmaz, sülh və inkişaf planının həyata keçməsinə icazə verər. Zəngəzur dəhlizi Azərbaycan tərəfində tamamlanıb, Ermənistan sərhədlərində tamamlanmall işlər var. Ümid edirik ki, bu, qısa zamanda reallaşar”.

    Qeyd edək ki, Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı çox yaxşı keçdi, bir çox bölgə ölkələri və Türk Dövlətlər Təşkilatına üzv ölkələrin hamısı konfransda iştirak edirdi.

    Oktay qeyd edib ki, bir müddət əvvəl parlament seçkiləri ilk dəfə bütün suveren Azərbaycan torpaqlarında keçirilib: “Ermənistanın 30 illik işğalından sonra Azərbaycan bütün torpaqlarında ərazi bütövlüyünü bərpa edib. Hər yerdə seçki qutularının qurulduğu, millətin sözünün hər yerdə söyləndiyi və təmsil edildiyi bir damın altındayıq. Ənənələr və perspektivlər baxımından bu konfrans çox mühüm idi. Bizə demokratiya dərsi verməyə çalışanlara demək istəyirəm ki, biz bu dərsi verəcək vəziyyətdəyik. Çünki parlamentarizm tariximiz çox qədimdir”.