XƏBƏRLƏR / Qonşular

Rəsmi İrəvan müdafiə xərclərini 20% artırdı

Ermənistan parlament bu gün 2025-ci ilin budcəsini təsdiq edib. Müxalifət əleyhinə səs verib

Rəsmi İrəvan müdafiə xərclərini 20% artırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan parlamenti gələn ilin dövlət büdcəsini təsdiqləyib, ona əsasən müdafiə xərcləri 20% artaraq 665 milyard dram (1,713 milyard dollar) təşkil edəcək.

    Qanun layihəsini 61 deputat dəstəkləyib, 30 deputat əleyhinə (əsasən müxalifət nümayəndələri) səs verib, bitərəf qalan olmayıb.

    Büdcənin ümumi xərcləri 3,42 trilyon dram (7,8 milyard dollar) təşkil edəcək ki, bu da cari ilin səviyyəsindən 13% çoxdur.

    Daxili İşlər Nazirliyinin xərcləri 15% artaraq 105 milyard dram (270 milyon dollar), Maliyyə Nazirliyinin xərcləri isə 13% artaraq 399,4 milyard dram (1,029 milyard dollar) təşkil edəcək.

    Bəzi büdcə maddələri azaldılacaq. Belə ki, səhiyyə xərcləri əsasən universal tibbi sığorta çərçivəsində bir sıra proqramların başa çatdırılması hesabına 3% azalaraq 163 milyard dram (420 milyon dollar) təşkil edəcək.

    2025-ci ilin sonuna qədər dövlət borcunun proqnozlaşdırılan həcmi 877 milyard dram artaraq, demək olar ki, 6 trilyon dram (təxminən 14 milyard dollar) təşkil edəcək. ÜDM-ə münasibətdə dövlət borcu 49,8%-dən 53,5%-ə yüksələcək. Borca xidmət xərcləri 14% artaraq 394,1 milyard drama (1,015 milyard dollar) çatacaq.

    Büdcə gəlirləri 2,87 trilyon dram (təxminən 7,4 milyard dollar) səviyyəsində planlaşdırılır. Bu, 2024-cü il üçün gözlənilən rəqəmdən 11% çoxdur.