Ceyhun Bayramov da başsağlığı verib
Bu barədə o, X sosial şəbəkəsində paylaşım edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidentinin, xarici işlər nazirinin və digər yüksək vəzifəli şəxslərin vəfatı ilə bağlı başsağlığı verib.
Paylaşımda deyilir: "İran Prezidentinin, xarici işlər nazirinin, əziz dostum Hüseyn Əmir Abdullahianın və digər rəsmi şəxslərin vəfatı xəbəri məni dərindən sarsıtdı.
Qardaş İran xalqına, bu faciəli hadisədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm."