Zənginləşdirilmiş uranın demək olar ki, hamısı İranda qalıb
Bunu AEBA-nın baş direktoru Rafael Qrossi "Financial Times" qəzetinə deyib
İsrail və ABŞ-ın hücumlarından sonra zənginləşdirilmiş uranın demək olar ki, hamısı İranda qalıb, deyə Rafael Qrossi bildirib.
AEBA-nın baş direktoru Rafael Qrossi "Financial Times" qəzetinə verdiyi müsahibədə İranda qalan yüksək dərəcədə zənginləşdirilmiş uranın hərbi səviyyəyə yaxın olmasından narahatlığını bildirib. O bildirib ki, ABŞ və İsrailin hücumlarına baxmayaraq, zənginləşdirilmiş uranın əksəriyyəti, o cümlədən 60%, 20%, 5% və 2% səviyyələri İranda qalıb.
1 dəqiqədən az