Paşinyanın tərəfdarları "impiçmentə" yumorla yanaşırlar
Bu barədə “Mülki Müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan açıqlama verib
Paşinyanın partiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını istisna edir
“Biz impiçment prosesinin başlanması ilə bağlı bəyanatlara yumorla yanaşırıq, onlar bu prosesə başlaya bilməzlər və əgər başlasalar, o, mütləq uğursuzluğa düçar olacaq”, - deyə “Mülki Müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan jurnalistlərə bildirib.
“Növbədənkənar parlament seçkiləri gündəmdə yoxdur, hətta müxalifət öz mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, keşiş Baqratın başçılıq etdiyi hərbi cani Robert Köçəryanın tayfası baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi barədə bəyanatlar verir. Lakin onların nə parlamentdə, nə də küçədə bunun üçün kifayət qədər güçü və dəstəyi var.