XƏBƏRLƏR / Qonşular

Türkiyə Baş Prokurorluğu: XİN-də FETÖ üzvləri var

Dörd işçi və digər qurumların iki əməkdaşı haqqında həbs qərarı çıxarılıb

Türkiyə Baş Prokurorluğu: XİN-də FETÖ üzvləri var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Baş Prokurorluğu ölkənin Xarici İşlər Nazirliyi sistemində fəaliyyət göstərən 25 FETÖ üzvü ilə bağlı istintaqa başlayıb.

    FETÖ ilə əlaqədə olduqları üçün Xarici İşlər Nazirliyi sistemində əvvəllər tutduqları vəzifələrdən uzaqlaşdırılan 19 nəfər, hazırda fəaliyyətdə olan dörd işçi və digər qurumların iki əməkdaşı haqqında həbs qərarı çıxarılıb. Həbs əməliyyatları ölkənin səkkiz vilayətində aparılır.