XƏBƏRLƏR / Qonşular

Güya itkin düşən erməni gəncləri heç sərhədi keçməyiblər

Bunu 6 iyun insidenti haqda Ermənistanın Sünik (Zəngəzur) vilayətinin qubernatoru Qukasyan açıqlayıb

Güya itkin düşən erməni gəncləri heç sərhədi keçməyiblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Sünik (Zəngəzur) vilayətinin qubernatoru Robert Qukasyan bu gün jurnalistlərə bəyan edib ki, Azərbaycanla sərhəddə iyunun 6-da itkin düşmələri iddia olunan erməni gəncləri heç sərhədi keçməyiblər və Ermənistan ərazisində olublar.

    Xatırladaq ki, iyunun 6-da Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə məlumat yaymışdı. Ermənistan KİV yeniyetmələrin hətta Azərbaycan tərəfinin oğurladığı haqda cəfəng xəbərlər yayırdı.

    Az sonra Ermənistan MTX həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.

    Azərbaycan tərəfi hadisə ilə (ya da təxribatla) bağlı heç bir açıqlama verməmişdi, cünki gənclərin itkin düşməsinin ərazimizə heç bir aidiyyatı olmayıb.

    İndi aydın olur ki, ermənilərin vahimə içində olduqları üçün Azərbaycan tərəfini heç bir əsas olmadan ittiham ediblər