Ermənistan hələ də COP29-da iştirak edib-etməyəcəyini bilmir
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın jurnalistlərə deyib
Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak edib-etməmək barədə hələ də qərar verməyib, baxmayaraq ki, BMT-nin iqlim sammiti artıq bu gün başlayıb.
Xarici işlər nazirinin müavini Vahan Kostanyanın jurnalistlərə verdiyi məlumata görə, iştirak məsələsi danışıqların ümumi dinamikasından asılıdır.
Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri birbaşa COP29-un başlandığı gün İsveçə iki günlük səfərə gedib.
Bundan əvvəl mətbuatda bir qrup erməni əsir qaytarılacağı təqdirdə onun Bakıya getməyə hazır olduğunu yazmışdılar.