"Dünya bizi əzabkeş bir millət kimi qəbul edir"
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib
Baş nazir Nikol Paşinyan ölkə parlamentində deyib ki, Ermənistan hökumətinin ən böyük missiyası əzabkeş-xalq statusunu aradan qaldırmaqdır.
“Dünya bizi əzabkeş bir millət kimi qəbul edir. Bu, mənim təəssüratlarımın nəticəsidir. Hökumətimizin ən böyük missiyası iztirab çəkən xalq statusunu aradan qaldırmaqdır”, - deyə baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, belə bir fikir var ki, bu stereotipi aradan qaldırmağın ən yaxşı yolu millət-ordudur. “Mən əmin deyiləm ki, bu, birinci ifadəyə düzgün reaksiyadır, çünki öz düşüncələrim zamanı belə qənaətə gəldim ki, ordu-millət qurban- millətin məntiqinin davamıdır”, - baş nazir vurğulayıb.