XƏBƏRLƏR / Qonşular

Pezeşkian Nyu-Yorka yola düşdü

Bu barədə İRNA xəbər verib

Pezeşkian Nyu-Yorka yola düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək və beynəlxalq məsələlərdə İran İslam Respublikasının mövqelərini izah etmək məqsədilə bu gün səhər, 22 sentyabr 2024-cü il, yüksək rütbəli siyasi nümayəndə heyətinə başçılıq edərək Nyu-Yorka yola düşüb. 

    Bu barədə İRNA xəbər verib.

    Məsud Pezeşkian BMT Baş Assambleyasında iştirak və çıxış etməklə yanaşı, gələcək paktın liderlərinin görüşündə də çıxış edəcək və həmçinin Baş Assambleyanın 79-cu sessiyasında iştirak edən bir sıra ölkələrin başçıları ilə görüşlər keçirəcək.