Sərhədin delimitasiyası üzrə komissiya nə vaxt toplaşacaq?
Məsələyə Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan aydınlıq gətirib
Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək.
“Biz növbəti görüşün tarixini hələ razılaşdırmamışıq, amma düşünürəm ki, bu, yaxın vaxtlarda baş tutacaq”, - deyə Qriqoryan bildirib.