Ermənilər rusları hava limanından qovur?
Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında xidmətini dayandırmasını parlamentin spikeri Alen Sionyan tələb edib
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, Rusiya sərhədçiləri Yerevanın "Zvartnots" hava limanında xidmətini dayandırmalıdırlar.
"Ölkəmizin sərhədlərini qoruyacağıq, amma əmin deyiləm ki, onlar qoruyacaqlar", - Ermənistan parlamentinin spikeri jurnalistlərə deyib.
Bu mövzunun müzakirə olunub-olunmaması ilə bağlı suala Ermənistan parlamentinin sədri belə bir müzakirədə iştirak etmədiyini, ola bilsin ki, aidiyyatı strukturlarla müzakirə aparıldığını deyib, amma hesab edir ki, “oradan getməlidirlər və bu, onun şəxsi fikridir”.