Paşinyan Yunanıstanda nikbin bəyanatlar verib FOTO
Bunu Ermənistanın baş naziri yunanıstanlı həmkarı Kiriakos Mitsotakislə birgə brifinqdə deyib
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 28-29-da Berlində keçiriləcək görüşdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və azərbaycanlı həmkarı Ceyhun Bayramovun sülh sazişi üzrə irəliləyiş əldə edəcəyinə ümid etdiyini bildirib.
Nikola Paşinyanın Afinada yunanıstanlı həmkarı Kiriakos Mitsotakislə görüşündə verdiyi açıqlamalardan:
“Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”.