Bu gün qonşu İranda seçki günüdür
Həm Parlament, həm də Xobreqan (mütəxəssislər) Məclisinə seçkilər keçirilir
Martın 1-də İranda parlament və Xobreqan Məclisinə (mütəxəssislər) seçkilər keçirilir.
290 yerlik parlament üçün 15200 namizəd, 88 yerlik Xobreqan üçün isə 144 namizəd mübarizə aparacaq.
İranda 61 milyon 172 min 298 nəfərin səsvermə hüququ var. Onlardan 30,9 milyonu kişi, 30,22 milyonu qadındır.
İranın Qərbi Azərbaycan əyalətində (Urmiya) seçkiləri boykot etməyə çağıran 50 nəfər həbs edilib.
Beluclar kompakt yaşayan ərazilərdə də seçkilər boykot edilir.
İran parlamentinin keçmiş sədri Əli Laricani xalqı səsvermədə fəal olmağa çağırıb. O bildirib ki, seçici fəallığının aşağı olması ölkəni diktaturaya aparacaq.