XƏBƏRLƏR / Qonşular

"Vətənpərvər olmamağım Ermənistanın maraqlarına uyğundur"

Paşinyan yenə bir sıra ziddiyətli bəyanatlar verib

"Vətənpərvər olmamağım Ermənistanın maraqlarına uyğundur"
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "Dünya Erməni Forumundakı" çıxışında bir sıra ziddiyətli bəyanatlar verib.

    - "Ermənistan Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, (tərəfdaşları) əvəz etmək deyil, tamamlamaqdan gedir. Diversifikasiya mərhələli prosesdir və vaxt tələb edir. Ermənistan Aİ-yə daxil olmaq üçün ən kiçik fürsəti görsə və bununla bağlı potensial riskləri idarə edə biləcəyini başa düşsə, şübhəsiz ki, bu şansdan istifadə edəcək”.

    - "KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır. Ermənistan KTMT-də iştirakını dondurdu, çünki bu struktur respublikanın suverenliyinə təhdidlər yaradırdı", - Paşinyan bildirib. Ermənistan KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtəyə” yaxındır, Ermənistanın baş naziri vurğulayıb ki, Yerevan nə Rusiya, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil."

    - Ermənistanın Bakıda keçiriləcək COP-29 iqlim sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur.

    - Ermənistan ABŞ, Rusiya və Cənubi Koreyanın texnologiyaları ilə modul tipli atom elektrik stansiyası tikmək üçün strateji qərar qəbul edib.

    - Mənim vətənpərvər olmamağım Ermənistan Respublikasının maraqlarına uyğun olardı. Qarşılaşdığımız ən böyük problem vətənpərvərliyimizdir: bu vətənpərvərlik modelinin Vətənimizlə heç bir əlaqəsi yoxdur.

    - "Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, İrəvan Azərbaycandan qaz almağa hazırdır. Məsələn, təsəvvür etsək ki, Ermənistan ərazisindən Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəməri keçəcək, onda bu variantı da istisna etmək olmaz."