Paşinyan Əliyevin Laçındakı çıxışından qorxuya düşüb
Baş nazir iyunun 1-də Kişinyovda Sulh sazişinin imzalanacağı barədə məlumatları təkzib edib
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin bu günkü iclasında qeyd edib: "Bildiyiniz kimi, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq barədə razılığa gəliblər. Bu kontekstdə Azərbaycan Prezidentinin dünənki açıqlamaları anlaşılmazdır. Bu baxımdan biz beynəlxalq tərəfdaşlarımızdan və Azərbaycan Prezidentindən soruşmalıyıq ki, bu, Azərbaycanın Brüsseldə əldə olunmuş razılaşmaları birtərəfli qaydada ləğv etməsi deməkdirmi?".
Onun sözlərinə görə, hazırda iyunun 1-də Kişinyovda keçiriləcək görüşdə imzalana biləcək sülh müqaviləsinin razılaşdırılmış layihəsi yoxdur.