Rusiya Zəngəzurda konsulluq açır
Bu barədə Rusiya XİN-nin rəsmisi Sergey Paltov məlumat verib
Rusiya Zəngəzurda konsulluq açacaq. Müvafiq razılıq iki ölkə liderləri Nikol Paşinyan və Vladimir Putin arasında mayın 25-də Moskvada keçirilən ikitərəfli görüş zamanı əldə olunub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib.
“Adamlarımızın oraya göndərilməsi qərara alındı ki, orada işə başlasınlar və təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə verə bilsinlər. Ümid edirəm ki, iyundakı səfərimiz öz nəticəsini verəcək”, - deyə Sergey Paltov bildirib.