Separatçı Abxaziya rusiyayönümlü qanunu rədd etdi
Rusiya Federasiyası ilə investisiya sazişi Abxaziyada ciddi qarşıdurmaya səbəb olmuşdu

Separatçı Abxaziyanın qondarma "parlamenti" kütləvi etirazlara səbəb olan Rusiya Federasiyası ilə investisiya sazişinin ratifikasiyasının əleyhinə səs verib.
23 deputatdan 21-i ratifikasiyanın əleyhinə səs verib, ikisi isə bitərəf qalıb. Ümumilikdə iclasda 35 deputatdan 23-ü iştirak edib.
Qeyd edək ki, müxalif qüvvələr Abxaziyada Rusiya vətəndaşlarına və şırkətlərinə respublikada daşınmaz əmlak əldə etməyə icazə verən qanunun əlehinə çıxış etmişdilər.
Müqavilə oktyabrın 30-da Moskvada imzalanıb və Abxaziya "parlamenti" tərəfindən ratifikasiya edilməli idi.
Noyabrda müxalifət fəalları "respublika"da sazişin ləğvi tələbi ilə etiraz aksiyaları keçirmişdilər və nəticədə qondarma "prezident" Aslan Bjaniya istefaya göndərilmişdi.