Bu yaxında Ermənistandan Azərbaycana ixrac olacaq
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixracın da həyata keçiriləcəyini bildirib.
Baş nazir bu açıqlamanı hökumət iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Çünki Azərbaycan hazırda əsasən Ermənistana ixrac edir, Ermənistan isə Azərbaycana ixrac etmir. "Azərbaycanla qarşılıqlı mal ticarəti üçün gündəm var və yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixrac da həyata keçiriləcək", - deyə Baş nazir Nikol Paşinyan sözügedən malları dəqiqləşdirmədən bildirib.
Xatırladaq ki, 2026-cı ilin yanvar ayında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın potensial ticarət mallarının siyahısını mübadilə etdiyini açıqlayıb. Bu dövrdə Azərbaycan əsasən Ermənistana benzin və dizel yanacağı ixrac edib.
1 dəqiqədən az