XƏBƏRLƏR / Qonşular

Paşinyan yenə Müstəqillik bəyannaməsindən danışdı

Ermənistanın baş naziri parlamentdə çıxış edib

Paşinyan yenə Müstəqillik bəyannaməsindən danışdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan parlamentində hökümət saatında baş nazir Nikol Paşinyan deputatların suallarını cavablandırıb. Yeni konstitusiyada Azərbaycana ərazi iddiası olan Müstəqillik bəyannaməsinə istinad olcaqmı? sualına Paşinyan belə cavab verib:

    "Müstəqillik bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir.

    Əgər bu bəyannamə bütün qonşuları ilə münaqişə məntiqini təcəssüm etdirirsə, xarici yardım olmadan mövcudluq qeyri-mümkün olur və ölkə zamanla getdikcə daha çox ondan asılı olur.

    Başımıza gələn bütün tarixi bədbəxtliklərin səbəbinin özümüzü daim başqalarına qarşı istifadə etməyə icazə verməyimiz və bunu "zaminimiz" adlandırmağımız olduğunu başa düşmürük."