XƏBƏRLƏR / Qonşular

Ərdoğan Taxıl Dəhlizi ilə bağlı Putinlə danışıqlar aparacaq

bu barədə o, Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib

Ərdoğan Taxıl Dəhlizi ilə bağlı Putinlə danışıqlar aparacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə danışığı baş tutacaq.

    Bu barədə o, Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.

    “Danışıqlar zamanı Taxıl Dəhlizinin fəaliyyətinin davam etdirilməsi üçün əlimizdən gələni edək deyəcəm”, - o vurğulayıb.

    Ərdoğan, Putindən müsbət cavablar alacağına ümid etdiyini deyib.