XƏBƏRLƏR / Qonşular

Məhəmməd Bağır Zülqədr Laricaninin yerinə təyin olundu

Məlumatı hələ ki, İranın hakimiyyət qruplaşmaların heç biri təkzib etməyib

Məhəmməd Bağır Zülqədr Laricaninin yerinə təyin olundu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məhəmməd Bağır Zülqədr qətlə yetirilən Əli Laricaninin yerinə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

    Bu barədə İSNA yazır: "Prezident Aparatının informasiya məsələləri üzrə müavini: Məhəmməd Baqer Zülqədr İslam İnqilabı Rəhbərinin rəyi və təsdiqi ilə və prezidentin fərmanı ilə Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi."

    Zülqədr əvvəllər İranın Məqsədyönlülük Şurasının katibi vəzifəsində çalışıb. O, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının müavini və Daxili İşlər Nazirinin Təhlükəsizlik Məsələləri üzrə müavini vəzifələrində çalışıb. Son illərdə o, Sosial Təminat Qərargahına rəhbərlik edib və İslam Respublikasının məhkəmə sistemində nüfuzlu şəxs olub.