XƏBƏRLƏR / Qonşular

Kərkini Ermənistanın hesab etmək müharibə elanına bərabərdir

Bunu keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Paşinyan bəyan edib

Kərkini Ermənistanın hesab etmək müharibə elanına bərabərdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib ki, Kərki, digər anklavlar kimi, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik ərazisinin bir hissəsi deyildi.

    "Hazırda heç bir razılaşma yoxdur. Əsas məqsədim normal həll yollarına nail olmaq üçün gərginliyi azaltmaqdır. Amma kimsə Kərkinin Ermənistana aid olduğunu deyirsə, bu, ölkənin ərazisinin 29.743 kvadrat kilometr deyil, məsələn, 29.750 kvadrat kilometr olduğunu göstərir və bu, müharibə elanına bərabər olardı", - deyə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

    ***

    Xatırladaq ki, ərəfədə Rusiyalı iş adamı ev dustaqlığında olan Samvel Karapetyan bildirib ki, komandası Kərkini turizm mərkəzinə çevirməyi və orada müxtəlif sənaye müəssisələri qurmağı planlaşdırır, lakin bunun Ermənistan ərazisi olmadığını nəzərə almır.

    "Hazırda bu ərazini turizm mərkəzinə çevirmək və orada müxtəlif sənaye müəssisələri qurmaq üçün kifayət qədər ciddi proqramlar hazırlayırıq ki, insanlar vətənlərini tərk etməsinlər", - Karapetyan deyib.

    ***

    Qeyd edək ki, Ermənistan daxilində 1992-ci ildə işğal olunmuş Azərbaycana məxsus 4 anklav kənd aşağıdakılardır:

    Qazax rayonunun anklav kəndləri (3 kənd)
    Bu kəndlər coğrafi olaraq Ermənistanın Tavuş vilayətinin daxilində yerləşir: 
    • Yuxarı Əskipara
    • Bərxudarlı
    • Sofulu 
    Naxçıvan Muxtar Respublikasının anklav kəndi (1 kənd)
    Bu kənd Ermənistanın Ararat (Dəvəli) vilayətinin daxilində yerləşir və strateji əhəmiyyətli İrəvan-Gorus-Xankəndi avtomobil yolunun üzərindədir:
    • Kərki (ermənilər bura "Tiqranaşen" adını veriblər)