Paşinyan 8 kəndin Azərbaycana qaytarılmasına meyillidir
Baş nazir Ermənistan İctimai TV-nin canlı yayımda vətəndaşların suallarına cavab verib
"Əgər “anklav yoxdur” deyiriksə, o zaman “eksklav yoxdur” da deməliyik" - Paşinyan Ermənistan İctimai TV-nin canlı yayımda məsələyə belə münasibət bildirib.
Baş nazir qeyd edib ki, söhbət həm də erməni eksklavı olan Artsvaşendən (Başkənd) gedir.
"İstəsəm də, deyə bilmərəm ki, Ermənistan ərazisinin bir parçası bizim vecimizə deyil. Bu məsələlərin hər ikisi mövcuddur və sülh prosesində həll edilməlidir" - Paşinyan əlavə edib.
Qeyd edək ki, Ermənistan 1990-cı illərin əvvəllərindən Qazax rayonunun 7, Naxçıvan MR-in isə 1 kəndini işğalda saxlayır.