Avropa rəsmiləri Ermənistana gəlir
Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb
Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana gələcək.
Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Səfər 27-29 noyabr tarixlərində baş tutacaq.
Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsinin mümkün istiqamətləri müzakirə olunacaq.