XƏBƏRLƏR / Qonşular

Türk iş adamlarının İrəvana səfərini Avropa maliyyələşdirib

Bu barədə Ermənistanda çıxan müxalif "Hraparak" qəzeti yazır

Türk iş adamlarının İrəvana səfərini Avropa maliyyələşdirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 120 türk iş adamının İrəvana səfərini və onların yerləşməsini Avropa İttifaqı maliyyələşdirib.

    Lakin Aİ yerli erməni iş adamlarının səyahət, yaşayış və forumda iştirak xərclərini ödəməyib.

    Qrantın və Aİ xərclərinin dəqiq məbləği göstərilməyib.

    Bu barədə Ermənistanda çıxan müxalif "Hraparak" qəzeti yazır.

    Ermənistan paytaxtında açılan iqtisadi forumda 120 türk sahibkarı iştirak edir. Nəşr yazır ki, forum "Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi və sərhədyanı əlaqələrin gücləndirilməsi" məqsədilə Avropa İttifaqından qrant alan Sənayeçilər və Sahibkarlar Birliyi tərəfindən təşkil olunur.