Ermənistan ifrat silahlanma siyasətini davam etdirir
Bunu Ermənistan Parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryanın sözləri təsdiq edir
"Bəli, bizim Ermənistan istehsalı olan silahlarımız var. Bəli, 5-ci nəsil silahlarımız artıq istehsaldadır".
Bu bəyanatla Ermənistan Parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Armen Xaçatryan parlamentin iclasında çıxış edib.
Onun sözlərinə görə, bu məsələ bir çox vətəndaşları narahat edir. O vurğulayıb ki, bu gün hərbi sənaye sürətlə iqtisadiyyatın, elmin və təhlükəsizliyin mühüm sahələrindən birinə çevrilir.
Deputat əlavə edib ki, son illər hərbi sənaye kompleksinə diqqət 10 dəfə artıb, buna büdcədən ayrılan vəsait də sübutdur.
Qeyd edək ki, Ermənistanın gələn ilə olan hərbi büdcəsi 2024-cü illə müqaisədə 300 milyon dollar artaraq 1 milyard 700 milyon ABŞ dollarına çatıb.