Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamayıb
Böyük qarşıdurma və mübahisələrə səbəb olan qanuna hakim partiyanın deputatları yekdilliklə səs vermişdilər
Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi LGBT təbliğatını qadağan edən qanunu imzalamayıb.
Bu, çətin ki, sənədin perspektivinə təsir göstərsin: Gürcüstan qanunvericiliyinə görə, əgər Prezident qanunu imzalamayıbsa, onun yerinə parlamentin spikeri bunu edə bilər.