İrəvanda Putini təhqir edən nəhəng banerlər yerləşdirilib
Bu aksiya Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ərəfəsində keçirilib

Mayın 21-də saat 11:00-da Ermənistan XİN-in binası qarşısında Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirməyi planlaşdıran qərbpərəst “Euroblok” bu gün İrəvanın müxtəlif yerlərində Rusiya prezidenti Putini təhqir edən banerlər yerləşdiriblər.
Banerlərdən biri İrəvandakı Rusiya səfirliyi qarşısında açılıb. Banerlərdə əli qandallanmış Putinin şəkli və "Qatil" sözü yazılıb.
Rusiya XİN sözçüsü Mariya Zaxarova aksiyaya reaksiya verib.
Keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məsələ ilə bağlı xatırladıb ki, ABŞ-ın Ermənistandakı səfirliyində 2 minə yaxın adam işləyir. "Və görünür, bəzilərinin USAID vasitəsilə köçürdüyü pullar hələ tükənməyib, ona görə də bu cür layihələrə xərcləyirlər." Zaxarova həmçinin aksiyanı dünyanın bir çox yerlərində pullu və təcrübədən keçirilmiş adlandırıb.