XƏBƏRLƏR / Qonşular

Ermənilər azərbaycanlılarla ticarətə başlayacaq

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib

Ermənilər azərbaycanlılarla ticarətə başlayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sülh sazişinin imzalanmasından dərhal sonra Ermənistan və Azərbaycan sakinləri bir-biri ilə ticarətə başlayacaqlar.

    Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

    O, xatırladıb ki, ermənilər hələ Qarabağda yaşayarkən azərbaycanlılarla alış-veriş ediblər, konyak satıb pul alıblar.

    “Ticarət olmayacaq, divarlar çəkəcəyik, bir-birimizə salam verməyəcəyik kimi illüziyalarla yaşamağı dayandırın", - Simonyan deyib.

    O, həmçinin vurğulayıb ki, cəmiyyət bu cür dəyişikliklərə hazır olmalıdır.