XƏBƏRLƏR / Qonşular

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri görüşüb

Ruben Rubinyan və Sərdar Kılıc Antalya Diplomatik Forumunun çərçivəsində bir araya gəliblər

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Antalya Forumu çərçivəsində Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında söhbət olub.

    Ermənistan nümayəndəsi Ruben Rubinyanın sözlərinə görə, Serdar Kılıçla Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı danışıqlar müsbət nəticələnib.

    Serdar Kılıç Türkiyənin Ermənistandan Konstitusiyaya dəyişiklik tələbi ilə çıxış edib-etməməsi ilə bağlı suala da münasibət bildirib: "Nikol Paşinyan da Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib. Bu kontekstdə Ermənistan öz Konstitusiyasına lazımi dəyişiklikləri edəcək".