Türkiyə bölgədə müharibə istəmir
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda İranın xarici işlər naziri Abbas Arakçı ilə birgə mətbuat konfransında bildirib

Türkiyə bölgədə müharibə istəmir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda İranın xarici işlər naziri Abbas Arakçı ilə birgə mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, müharibənin bütün bölgəyə yayılma riskini görməzdən gəlmək olmaz:
“Türkiyə olaraq bölgəmizdə müharibə istəmirik. Bizim məsələlərə yanaşmamızda sağlam düşüncə olmalıdır. Mövcud gərginliyi azaltmaq üçün Qəzzada dərhal atəşkəs elan edilməlidir. İsrail Livana qarşı hücumlarına son qoymalıdır. İsrail bütün təcavüzkar davranış və təxribatlardan əl çəkməlidir. Türkiyə və İran bu bölgədə əbədi olaraq var olacaqlar. Biz bütün sahələrdə ikitərəfli münasibətlərimizi yaxşılaşdırmaq və regional məsələlərdə əməkdaşlığımızı artırmaq üçün səylərimizi davam etdirəcəyik. Son hadisələr bu əməkdaşlığın vacibliyini vurğulayıb".