XƏBƏRLƏR / Qonşular

Kamçatkada radarlardan itmiş helikopterin qalıqları tapılıb

Bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb

Kamçatkada radarlardan itmiş helikopterin qalıqları tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kamçatkada radarlardan itmiş Mi-8 helikopterinin qalıqları aşkarlanıb. Onun göyərtəsindəki insanların hamısının həlak olduğu ehtimal edilir. 

    Rusiya mediası xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb. “Çox güman ki, zəif görmə (pis hava şəraiti) səbəbindən helikopter təpəyə çırpılıb”, - məlumatda belə deyilir.

    Mi-8-in qalıqları 980 metr yüksəklikdə yerləşir. Hələlik xilasedicilər qəza yerinə piyada gedə bilmirlər.

    Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, helikopterin qalıqları havadan aşkarlanıb. Onlar təyyarənin son dəfə əlaqəyə çıxdığı yerin yaxınlığında yerləşir.

    Rusiyanın “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri bir gün əvvəl Kamçatkada radarlardan itmişdi. Helikopterdə 3-ü ekipaj üzvü olmaqla, 22 nəfərin olduğu bildirilir. Hələlik helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.