Türkiyədə FETÖ əməliyyatı: 7 polis saxlanıldı
Onlardan biri yüksək rütbəli polis əməkdaşıdır

Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən səkkiz polis əməkdaşından yeddisi saxlanılıb.
Onlardan birinin yüksək rütbəli polis əməkdaşı olduğu vurğulanıb.
Digər şübhəlinin saxlanılması istiqamətində axtarış davam edir.