XƏBƏRLƏR / Qonşular

Əliyevdən Pezeşkianın Azərbaycana təşəkkürünə münasibət

Bu barədə Prezidentin “X” sosial media hesabında paylaşım edilib

Əliyevdən Pezeşkianın Azərbaycana təşəkkürünə münasibət
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

    Bu barədə Prezidentin “X” sosial media hesabında paylaşım edilib.

    Paylaşımda deyilir: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

    Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.