Rusiya hərbi məntəqələri Ermənistandan çıxarılır YENİLƏNİB
Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar. İrəvanın xahişi ilə...
Mayın 8-də Moskvada Prezident Putinlə baş nazir Paşinyan arasında keçirilən görüşdən sonra erməni tərəfi Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistan rayonlarından və hava limanından çıxarılması barədə məlumat yayıb.
Belə ki,Ermənistan Parlamentinin hökümətyönlü “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan jurnalistlərə deyib ki, "Əldə edilən razılaşmaya əsasən, Tavuş (Tovuzqala), Sünik (Zənqəzur), Vayots Dzor (Solan), Qeqarkunik (Basarkeçər), Ararat (Vedibasar) rayonlarında yerləşən Rusiya sərhəd və hərbi məntəqələri çıxarılacaq, Rusiyanın Zvartnots hava limanında sərhəd mühafizəsi isə ləğv ediləcək".
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə jurnalıstlərə deyib ki, "Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində fəaliyyətlərini davam edəcəklər".
Qeyd edək ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası və "Erebuni" hava limanındakı Rusiya Hərbi Hava Güvvələrini hərbi təyyarələri haqda məlumat verilməyib.
Xatırladaq ki, Ermənistanın şimalında, MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sisteminin tərkibində döyüş növbətçiliyini yerinə yetirən Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb.