XƏBƏRLƏR / Qonşular

İran qanunsuz yanacaq daşıyan iki gəmini saxlayıb

“Mehr” agentliyi xəbər verir

İran qanunsuz yanacaq daşıyan iki gəmini saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran sərhədçiləri Buşehr şəhəri yaxınlığında sahil sularında 175 ton qaçaqmal yanacaq daşıyan iki gəmini saxlayıb.

    “Mehr” agentliyi xəbər verir ki, bu barədə Buşehr əyalətinin sərhəd xidmətindən bildirilib.

    Məlumata görə, aşkar olunan yanacaq müsadirə edilib, ekipaja mənsub 10 nəfər saxlanılıb.