Rusiyada miqrant ovu davam edir
Rusiya İstintaq Komitəsi Moskvada yataqxana və ibadət evlərində immiqrasiya reydləri keçirib

Moskvada miqrantların müəyyən edilməsi üçün yataqxana və ibadət evlərində reydlər keçirilib.
Yoxlamalar zamanı polis 500-dən çox xarici vətəndaşı sənədlərini yoxlamaq üçün idarəyə gətiriblər. Rusiyaya gəlmə və qalma qaydalarını pozduqlarına görə 30-dan çox şəxs inzibati işlərdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ölkədən xaric edilib.
Həmçinin yoxlamalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan xarici vətəndaşı aşkar ediblər.
KİV-in məlumatına görə, Novosibirskdə miqrantların açdıqları kafedə yoxlamalar aparılacaq. Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu kafedə təhlükəli xidmətlərin göstərilməsi ilə bağlı məlumatların yoxlanışının nəticələrinə dair hesabat tərtib etməyi əmr etdi.