Moskvada Yeni il atəşfəşanlığı ləğv edildi
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib
Moskvada Yeni il şənlikləri zamanı atəşfəşanlıq planlaşdırılmır.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Qeyd edək ki, 2022 və 2023-cü illərdə müharibə səbəbi ilə Moskvada Yeni il atəşfəşanlığı təşkil edilməyib.
Sobyanin 2022-ci ilin noyabrında izah edib ki, "Aktiv vətəndaş" saytında sorğuda iştirak edən Moskva sakinləri atəşfəşanlıq və küçə konsertlərinə qarşı çıxış ediblər.