Pezeşkian: “Zəngəzur dəhlizi”ndə İranın tələbi nəzərə alınıb
Bu barədə İran Prezidenti jurnalistlərin sualına cavab verərkən deyib

İran Prezidenti Məsud Pezeşkian jurnalistlərin “Zəngəzur dəhlizi” ilə bağlı suallarını cavablandırarkən qeyd edib:
"Hər şey xəbərlərdə deyildiyi kimi şişirdilmiş deyil. İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb".
Jurnalist:
ABŞ-ın mövcudluğu narahatlıq doğurmur?
Pezeşkian:
Bu suallardan biridir. Amma ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən marşrutumuzun bağlanmaması məsələsi nəzərə alınıb. Yeganə narahatçılıq odur ki, bu yolu Amerika və Ermənistan şirkətləri çəkəcək.