XƏBƏRLƏR / Qonşular

İranın xarici işlər naziri danışıqlar üçün Bağdada gedib

"Mehr" agentliyi xəbər verib

İranın xarici işlər naziri danışıqlar üçün Bağdada gedib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın xarici işlər naziri Abbas Araqçı Suriyadakı hadisələrlə bağlı İraq hakimiyyəti ilə siyasi məsləhətləşmələr aparmaq üçün cümə günü səhər Tehrandan Bağdada yola düşüb.

    "Mehr" agentliyi xəbər verib ki, İraq, Suriya və İranın xarici işlər nazirləri cümə günü görüş keçirəcək.

    Məlumata görə, "Heyət Təhrir əş-Şam"ın başçılıq etdiyi  silahlılar ötən həftə Suriyanın şimal-qərbində Hələb və İdlib əyalətlərində genişmiqyaslı hücuma keçərək, bir neçə bölgəni ələ keçiriblər.

    O vaxtdan bəri Suriya hökumət qüvvələri mövqelərini bərpa etmək üçün müxalif ordu ilə şiddətli toqquşmalara başlayıb.

    Suriya 2011-ci ilin martından bəri xaricdən dəstəklənən silahlı qruplaşmaların əlindədir, rəsmi Dəməşq deyir ki, Qərb dövlətləri və onların regional müttəfiqləri ərəb ölkəsində təxribat törətmək üçün terror qruplarına kömək edirlər.