XƏBƏRLƏR / Qonşular

Ermənistanda "Daşnak" partiyasını qadağan etmək istəyirlər

Bu barədə "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Hasmik Akopyan təklif irəli sürüb

Ermənistanda "Daşnak" partiyasını qadağan etmək istəyirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Daşnaksütyun" partiyasını qadağan etmək barədə yenidən düşünməyin vaxtıdır.

    Bunu "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Hasmik Akopyan deyib.

    O, xüsusilə qeyd edib: "Əminəm ki, təhlükəsizlik sistemimizin "Daşnaksütyun" üzvlərinin evlərindən aşkar edib müsadirə etdiyi silah arsenalı siz də izləyirsiniz. Əslində onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır. Artıq "Daşnaksütyun" təşkilatını yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtı çatıb".